Dövlət Xidmətlərinin İnkişafı Agentliyi Otar Partsxaladzenin Gürcüstan vətəndaşlığına xitam verilməsini məqsədəuyğun hesab edib
Dövlət Xidmətlərinin İnkişafı Agentliyi Otar Partsxaladzenin Gürcüstan vətəndaşlığına xitam verilməsini məqsədəuyğun hesab edib

 
Dövlət Xidmətlərinin İnkişafı Agentliyi Otar Partsxaladzenin Gürcüstan vətəndaşlığına xitam verilməsini məqsədəuyğun hesab edib-bu barədə Gürcüstanın Ədliyyə Nazirliyi bəyanat yayır.

Agentliyin yaydığı məlumatda müvafiq rəyin Gürcüstan Prezidentinə göndərildiyi deyilir.

“İctimai maraqdan irəli gələrək, Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin Otar Partsxaladzenin Gürcüstan vətəndaşlığına xitam verməsini məqsədəuyğun hesab etdiyi barədə məlumat yayırıq. Müvafiq rəy Gürcüstan Prezidentinə göndərilib” – Ədliyyə Nazirliyinin məlumatında deyilir.

Gürcüstan vətəndaşlığına xitam verilməsi ilə bağlı yekun qərarı prezident verir. Bu mövzu ilə bağlı Salome Zurabişvili açıqlama verib. Prezidentin sentyabrın 19-da qeyd etdiyi kimi, Prezident Administrasiyasına Partsxaladzenin vətəndaşlığı ilə bağlı heç bir məlumat və onun vətəndaşlıqdan çıxarılması ilə bağlı heç bir tələb daxil olmayıb.