Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, Rusiyanın işğalçı qüvvələrinin nümayəndələri işğal altındakı Artsevi kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar
Rusiyanın işğalçı qüvvələrinin nümayəndələri işğal altındakı Artsevi kəndi yaxınlığındakı ərazidə Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar.
Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.
“Qanunsuz saxlanılma ilə bağlı məlumat daxil olan kimi Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt” aktivləşdirilib. Məlumat dərhal Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb. Qanunsuz olaraq saxlanılan Gürcüstan vətəndaşının ən qısa müddətdə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.
Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün destruktiv əməllərə görə məsuliyyət işğalçı qüvvənin üzərinə düşür” – Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir.