Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, Rusiyanın işğalçı qüvvələri tərəfindən Qori Munisipalitetinin Adzvi kəndinə yaxın ərazidə qanunsuz olaraq saxlanılan Teimuraz Xomasuridze sərbəst buraxılıb
Rusiyanın işğalçı qüvvələri tərəfindən Qori Munisipalitetinin Adzvi kəndinə yaxın ərazidə qanunsuz olaraq saxlanılan Teimuraz Xomasuridze sərbəst buraxılıb və mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədir. Bu barədə məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, Teimuraz Xomasuridzenin qanunsuz həbsdən azad edilməsi prosesində Avropa İttifaqının Gürcüstanda Monitorinq Missiyasının (EUMM) idarə etdiyi “qaynar xətt” mexanizmindən, eləcə də mərkəzi hakimiyyətin malik olduğu bütün müvafiq vasitələrdən aktiv şəkildə istifadə edilib.
“Gürcüstanın işğal olunmuş bölgələrində və işğal xətti boyunca həyata keçirilən bütün destruktiv hərəkətlərə görə məsuliyyət işğalçı qüvvənin üzərinə düşür.
Mərkəzi hakimiyyət beynəlxalq tərəfdaşlarla birlikdə işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün aktiv şəkildə işləməyə davam edir”- DTX-nın məlumatında qeyd olunub.