Dövlət Təhlükəsizliyi Xidməti -İşğalçı qüvvələrin nümayəndələri Kareli Munisipalitetinin Dirbi kəndi yaxınlığında iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar
Dövlət Təhlükəsizliyi Xidməti -İşğalçı qüvvələrin nümayəndələri Kareli Munisipalitetinin Dirbi kəndi yaxınlığında iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar

 
Dövlət Təhlükəsizliyi Xidməti, Rusiya işğalçı qüvvələrinin nümayəndələrinin Kareli Munisipalitetinin Dirbi kəndi yaxınlığında iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlaması haqda məlumat verir.

Qurumdan verilmiş məlumatda, sözügedən hadisə ilə bağlı məlumat daxil olan kimi Dövlət Təhlükəsizliyi Xidmətinin Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt”i işə saldığı deyilir.

“Növbəti qanunsuz saxlanılma faktı haqda dərhal Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara məlumat verilib. Qanunsuz olaraq saxlanılan Gürcüstan vətəndaşlarının ən qısa zamanda azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb. Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün destruktiv hərəkətlərə görə Rusiyanın işğalçı qüvvələri məsuliyyət daşıyır” – Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında qeyd olunub.