Dövlət Təhlükəsizliyi Xidmətində cinayətkar qrup tərəfindən Gürcüstanda planlaşdırılmış İsrail vətəndaşını qətlə yetirmək cəhdinin qarşısının alındığını bildirirlər
Dövlət Təhlükəsizliyi Xidmətində cinayətkar qrup tərəfindən Gürcüstanda planlaşdırılmış İsrail vətəndaşını qətlə yetirmək cəhdinin qarşısının alındığını bildirirlər

 
Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat Şöbəsi cinayətkar qrup tərəfindən Gürcüstanda planlaşdırılmış İsrail vətəndaşını qətlə yetirmək cəhdini aşkar edərək, qarşısını alıb. Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.

İdarədən verilən məlumatda həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Pakistan və İran-Gürcüstan ikili vətəndaşlığı olan şəxslərin saxlanıldığı deyilir.

“Xaricdə olan təşkilatçılar, o cümlədən qətlin sifarişçisi olduğu ehtimal edilən İran vətəndaşı və digər iştirakçılar müəyyən ediliblər, onlara qarşı kompleks əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İstintaqla müəyyən edilib ki, cinayətkar qrup tərəfindən Gürcüstanda İsrail vətəndaşını qətlə yetirmək tapşırığı verilmiş bu qrupun iştirakçısı olan Pakistan vətəndaşı Gürcüstana göndərilib.

Pakistan vətəndaşına Gürcüstana gəlməzdən əvvəl lazımi təlimat və ona qətlin obyekti barədə məlumat verilib. Daha sonra adı çəkilən şəxs üçüncü ölkə vasitəsilə Gürcüstana gəlib və o, kirayə mənzillə təmin edilərək, konspirativ əlaqə vasitələri verilib.

Pakistan vətəndaşı Gürcüstana gəldikdən sonra konspirasiya qaydalarına ciddi əməl edərək qətl obyekti və onun hərəkət marşrutlarını gizli şəkildə öyrənib, xaricdə olan sifarişçi ilə daim konspirativ əlaqədə olub və ondan göstəriş və vəsait alıb.

Əlavə olaraq müəyyən edilib ki, cinayəti yerinə yetirəcək şəxsə gizli şəkildə silah çatdırmaq üçün cinayətkar qrup Gürcüstanda yaşayan ikili İran-Gürcüstan vətəndaşlığı olan bir qrup şəxsi işə cəlb edib.

İzlərin ört-basdır edilməsi məqsədilə Pakistan və İran-Gürcüstan ikili vətəndaşlığı olan şəxslər arasında birbaşa görüş baş tutmayıb, odlu silah və döyüş sursatlarının şəhərdə təşkil olunmuş gizli yerlərdən istifadə edilərək ötürülməsi həyata keçirilib, bu zaman hər iki qrupun fəaliyyət koordinasiyası xaricdən aparılırmış.

Pakistan və İran-Gürcüstan ikili vətəndaşlığı olan şəxslərə qarşı aparılan istintaq hərəkətləri və axtarış nəticəsində odlu silah-sursat və döyüş materialı, eləcə də qətlin hazırlanmasını və gizli yerləri göstərən məlumatların və digər aşkar sübutların yer aldığı konspirativ telefonlar götürülüb”- deyə DTX-də bildirirlər.

Bundan başqa, DTX-də bildirirlər ki, iş üzrə əməliyyat-istintaq tədbirləri prosesində cinayətdə iştirak edən və yardım edən digər şəxslərin aşkarlanması və şəxsiyyətinin müəyyən edilməsi həyata keçirilir.