Dövlət Təhlükəsizlik Xidməti - Rusiya işğalçı qüvvələri tərəfindən işğal olunmuş Tsxinvali yaxınlığında qanunsuz saxlanılan Archil Basanidze azaddır
Rusiya işğalçı qüvvələri tərəfindən işğal olunmuş Tsxinvali yaxınlığında qanunsuz saxlanılan Arçil Basanidze azaddır və mərkəzi hökumətin nəzarətində olan ərazidədir, – bu barədə Dövlət Təhlükəsizlik Xidməti xəbər verir.
“Archil Basanidzenin dərhal azad edilməsi üçün həm “qaynar xətt” mexanizmindən, həm də mərkəzi hakimiyyətin sərəncamında olan bütün digər vasitələrdən fəal istifadə edilib.
Gürcüstanın işğal olunmuş rayonlarında və işğal xətti boyunca həyata keçirilən bütün destruktiv fəaliyyətlərə görə məsuliyyət Rusiya Federasiyasının üzərinə düşür.
Mərkəzi hökumət beynəlxalq tərəfdaşlarla birlikdə işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün fəal işi davam etdirir”, – DTX-nın məlumatında qeyd olunur.
Müəllif -
Mehemmed Bayramaliyev