Dövlət Təhlükəsizliyi Xidməti-Rusiya işğalçı qüvvələrinin nümayəndələri Axalubani kəndi yaxınlığında iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar
Rusiya işğalçı qüvvələrinin nümayəndələri Qori Munisipalitetinin Axalubani kəndi yaxınlığında iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar. Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayıb.
İdarənin məlumatına görə, hadisə ilə bağlı məlumat daxil olan kimi Dövlət Təhlükəsizliyi Xidməti Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt”i işə salıb.
Qanunsuz hərəkətlə bağlı beynəlxalq tərəfdaşlar və Cenevrə Beynəlxalq Danışıqlarının həmsədrləri məlumatlandırılıb.
İndiki mərhələdə qeyri-qanuni saxlanılan şəxslərin tezliklə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.
Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün destruktiv hərəkətlərə görə məsuliyyət işğalçı rejimin üzərinə düşür”, – Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir.