Dövlət Təhlükəsizlik Xidməti - Prinsipal tələbimizdir ki, Arçil Tatunaşvilinin cəsədi Gürcüstana verilsin, Levan Kutaşvili və Yoseb Pavliaşvili isə, dərhal azad edilsinlər
Dövlət Təhlükəsizlik Xidməti - Prinsipal tələbimizdir ki, Arçil Tatunaşvilinin cəsədi Gürcüstana verilsin, Levan Kutaşvili və Yoseb Pavliaşvili isə, dərhal azad edilsinlər

“İşğal altında olan Sxinvalinin de-fakto iqtidarının nümayəndələri bəyan edirlər ki, qeyri-qanuni şəkildə həbs edilən Arçil Tatunaşvilinin ölüm səbəbi ürək ağırlaşması oldu” – deyilir Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatında.

Cəsədin ilkin ekspertizasına Levan Samxarauli adına ekspertiza bürosunun nümayəndələrinin icazə verilməsinə de-fakto iqtidar mənfi cavab verdi.

DTX tələb edir ki, Arçil Tatunaşvilinin cəsədi Gürcüstana verilsin, Levan Kutaşvili və Yoseb Pavliaşvili isə, dərhal azad edilsinlər.

 

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatına görə, de-fakto iqtidar tərəfindən yayılan məlumat ki, guya Arçil Tatunaşvili Gürcüstanın Xüsusi Xidmətləri ilə əməkdaşlıq edirdi və osetin millətinin soyqırımında iştirak edirdi, yalandır və faktların saxtalaşdırılması de-fakto iqtidarın məqsədli siyasətinin hissəsidir.