Dövlət sektorunda yanvarın 1-dən 10-dək tətil günləri elan edilib
Dövlət sektorunda yanvarın 1-dən 10-dək tətil günləri elan edilib

Dövlət sektorunda tətillər yanvarın 1-dən yanvarın 10-dək elan ediləcək, – bu barədə Koordinasiya Şurasının iclasından sonra İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəhbəri Qiorqi Ğibradze bildirib.

Onun qeyd etdiyi kimi, bu, dövlət qurumlarına aiddir.

“Məktəblərdə tətil dekabrın 29-dan yanvarın 17-dəkdir. Bundan başqa, şura yanvarın 1-dən etibarən yanvarın 10-na qədər olan dövrün tətil günləri elan edilməsi barədə qərar qəbul edib. Bu, dövlət qurumlarına aiddir və özəl sektor öz qərarlarını verə bilər”, – Ghibradze bildirib.