Dövlət Qayğısı Agentliyi- Zuqdididə yanğın zamanı həlak olmuş azyaşlılar dövlətin himayəsində olmayıblar, 2023-cü ilin aprel ayından onlar anaları ilə ailədə böyüyürdülər
Dövlət Qayğısı Agentliyi- Zuqdididə yanğın zamanı həlak olmuş azyaşlılar dövlətin himayəsində olmayıblar, 2023-cü ilin aprel ayından onlar anaları ilə ailədə böyüyürdülər

 

Dövlət Qayğısı Agentliyi Zuqdididə yanğın zamanı azyaşlıların həlak olmasına görə kədərləndiyini ifadə edir.

Eyni zamanda, agentlik faciə qurbanı olan uşaqların dövlət himayəsində olmadığını izah edir.

“2023-cü ilin aprelin 1-dən onlar ailədə anaları ilə böyüyürdülər. Bundan əvvəl, 2018-ci ildən məhkəmənin qərarı ilə onlar ailədən ayrılmışdılar. Reinteqrasiya uşaqların maraqları nəzərə alınmaqla, onların rəyini və bioloji ailədə tərbiyəsini təmin etmək məqsədilə həyata keçirilib” – Dövlət Qayğısı Agentliyində bildirirlər.

Bununla yanaşı, Dövlət Qayğısı Agentliyinin bəyanatına əsasən, agentlik mövcud proqramlar çərçivəsində ailəyə maksimal olaraq yardım göstərir, agentliyin sosial işçisi tərəfindən qanunda müəyyən edilmiş müddətlərdə ailəyə daimi ziyarətlər edilirdi.

“Ailə sosial cəhətdən həssas ailələrin vahid məlumat bazasında qeydiyyata alınıb və sosial müavinət alır. Həmçinin, 2023-cü ilin aprel ayından etibarən yetkinlik yaşına çatmayanlara əlavə olaraq reinteqrasiya ödənişi təyin edildi. Ödəniş aylıq 1500 lari təşkil edirdi. 2023-2024-cü illərdə böhran vəziyyətində olan uşaqlı ailənin təcili yardım proqramından faydalanmışdır. Yetkinlik yaşına çatmayanlar erkən inkişaf alt proqramına cəlb olunmuşdular” – Dövlət Qayğısı Agentliyində qeyd edirlər.

Zuqdididə, Bukia küçəsində yerləşən yaşayış binasının 6-cı mərtəbəsində baş verən yanğın nəticəsində iki azyaşlı həyatını itirib.