Dövlət naziri Tea Axvlediani Novruz bayramı ilə əlaqədar Marneulidə olub
Dövlət naziri Tea Axvlediani Novruz bayramı ilə əlaqədar Marneulidə olub

 
Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə birlikdə Novruz bayramı ilə əlaqədar Marneulidə olub. Bu barədə məlumatı Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Aparatı yayıb.

Dövlət naziri ənənəvi Azərbaycan etno guşəsini ziyarət edib və Gürcüstanın azərbaycanlı həmvətəndaşlarını Novruz bayramı münasibətilə bir daha təbrik edib.

” Ölkəmizin azərbaycanlı həmvətəndaşlarını Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bu həyatın yenilənməsi ilə birlikdə daha yaxşı gələcəyə inamın rəmzi olan gözəl bir bayramdır. Novruz çoxmillətli ölkəmiz Gürcüstanın mədəniyyətinin ayrılmaz hissəsidir, bayramın ölkəmizdə qeyd edilməsi çoxillik təcrübəyə malikdir, bu isə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinin vacibliyini vurğulayır və eyni zamanda Gürcüstan hökumətinin bu bayrama dəstəyini nümayiş etdirir. Bir daha bu gün Novruz bayramını qeyd edən hər bir vətəndaşı təbrik edir, ilk növbədə ailələrinə və ölkəmizə əmin-amanlıq, inkişaf və uğurlar arzulayıram. Sülhdən danışarkən vurğulamaq istərdim ki, onun təmin edilməsi, sülhün qorunması və qorunub saxlanması, xüsusən də bu gün böyük əhəmiyyət kəsb edir ki, bu qlobal miqyasda tam gücü ilə və açıq şəkildə , xüsusən də Rusiyanın Ukraynaya təcavüzü fonunda öz əksini tapır. Biz 2008-ci ildə ölkəmizdə bunu yaşadıq və işğalın ağır nəticələrini hələ də yaşayırıq. Belə ki, sülhün qorunmasını vurğulayır və eyni zamanda, xeyirxahlıq və əmin-amanlıq bayramı olan Novruz bayramında, müharibə və işğalla əlaqədar ədalətsizliyin və insanların ölçüyəgəlməz ağrılarına son qoyulmasını arzulayıram. Etnik mənsubiyyətindən asılı olmayaraq gəlin birlikdə sülhü qoruyaq, əsrlər boyu ölkəmizdə qarşılıqlı hörmət, sevgi və mehriban yanaşı yaşamaya əsaslanan çoxkonfessiyalı, multikultural, çoxmillətli cəmiyyətimizi daha da gücləndirək” – deyə dövlət naziri Tea Axvlediani bildirib.