Dövlət naziri aparatının nümayəndələri Arçil Tatunaşvilinin xatirəsini ehtiramla yad ediblər
Dövlət naziri aparatının nümayəndələri Arçil Tatunaşvilinin xatirəsini ehtiramla yad ediblər

 
Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Aparatının Abxaziya Muxtar Respublikası və Keçmiş Cənubi Osetiya Muxtar Vilayəti üzrə Məsələlər İdarəsinin rəhbəri Zviad Zviadadze Muxatqverdi Qardaşları məzarlığında olub. O, Müdafiə Qüvvələrinin nümayəndələri ilə birlikdə Arçil Tatunaşvilinin xatirəsini ehtiramla yad edib, ailə üzvlərinə başsağlığı verib və milli qəhrəmanın məzarını əklillə bəzəyib.

“Bu gün Arçil Tatunaşvilinin doğum günüdür. Onun 41 yaşı tamam olacaqdı. Təəssüf ki, biz bu günü onun məzarı başında qeyd edəsi oluruq. O, göstərdiyi qəhrəmanlıqlarla təkcə öz adını ölümsüzləşdirmədi, həm də gələcək nəsillər üçün vətənə sevgi və fədakarlıq nümunəsi oldu. Onun tökülən qanının hədər getməməsi, eləcə də onun həyatına qəsd edilməsində hər hansı formada iştirak etmiş şəxslərin layiqincə cəzalandırılması üçün Gürcüstan hakimiyyəti hər şeyi edir və gələcəkdə də edəcək. Cinayətkarlar mütləq ədalət qarşısına çıxacaqlar” – deyə Zviad Zviadadze bildirib.

İşğal rejiminin vəhşiliyinin qurbanına çevrilmiş Arçil Tatunaşvilinin bu gün 41 yaşı tamam olacaqdı.

Məlumatı Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Aparatının mətbuat xidməti yayır.