Dövlət Müfəttişliyi Mixeil Saakaşviliyə qarşı mümkün qeyri-insani rəftarla bağlı istintaq çərçivəsində dindirmələr aparır
Dövlət Müfəttişliyi Mixeil Saakaşviliyə qarşı mümkün qeyri-insani rəftarla bağlı istintaq çərçivəsində dindirmələr aparır

Dövlət Müfəttişliyində araşdırmalar aparılır. Sorğular Mixeil Saakaşviliyə qarşı mümkün qeyri-insani rəftarla bağlı davam edən təhqiqat çərçivəsində keçirilir.

Qldani 18-ci Penitensiar Xidmətinin əməkdaşı artıq Mixeil Saakaşvili ilə əlaqəsinin olmadığını və sualların həbsxanadakı vəziyyətlə bağlı olduğunu deyərək müfəttişin kabinetini tərk edib.

Hazırda Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşlarından biri müfəttiş tərəfindən dindirilir.

Dindiirlmədə Mixeil Saakaşvilinin sağlamlıq vəziyyətini izləmək üçün yaradılmış şuranın keçmiş üzvü Zurab Paqavanın da iştirakı gözlənilir.