Dövlət Müfəttişliyi Xidməti, 17 saylı cəzaçəkmə müəssisəsində baş verən yanğın nəticəsində iki məhkumun ölümü ilə bağlı məsələni araşdırır
Dövlət Müfəttişliyi Xidməti, 17 saylı cəzaçəkmə müəssisəsində baş verən yanğın nəticəsində iki məhkumun ölümü ilə bağlı məsələni araşdırır

 

17 saylı cəzaçəkmə müəssisəsində baş verən yanğın nəticəsində iki məhkumun ölümü ilə bağlı məsələni Dövlət Müfəttişliyi Xidməti araşdırır. Bu barədə Dövlət Müfəttişliyi Xidmətinin bəyanatında deyilir.

“2021-ci ilin oktyabrın 14-də Dövlət Müfəttişliyi Xidmətinin İstintaq Şöbəsində, 17 saylı cəzaçəkmə müəssisəsində yerləşdirilmiş iki məhkumun vəfatı ilə nəticələnmiş, yanğın təhlükəsizliyi qaydalarının mümkün pozulması və Xüsusi Penitensiar Xidmətin əməkdaşı və ya onunla bərabərləşdirilmiş şəxs tərəfindən işdə müəyyən edilən qaydanın mümkün yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi faktına dair dərhal istintaq başladılıb.

Xüsusi Penitensiar Xidmətdən daxil olan bildiriş əsasında , Gürcüstan Cinayət Məcəlləsinin 243 -cü maddəsinin 3 -cü hissəsi və 342 -ci maddəsinin 2 -ci hissəsində nəzərdə tutulan cinayət işarələri ilə istintaq başladılıb.

Cinayət işi üzrə intensiv istintaq hərəkətləri aparılır: hadisənin baş verdiyi yerə baxış keçirilib; Tibbi ekspertiza təyin edilib; Yanğın ocaqlarının yeri müvafiq mütəxəssislərin iştirakı ilə yoxlanılır, bundan sonra yanğın-texniki ekspertizası təyin olunacaq; Məsələ ilə əlaqədar şəxslərin dindirilməsi aparılır; 17 saylı müəssisənin daxilində və xaricində yerləşən video müşahidə kamerası qeydlərinin arxivləşdirlməsi tələbi ilə Xüsusi Penitensiar Xidmətə müraciət olunub ki, hakimin qərarı əsasında qeydlərin alınması həyata keçirilsin.

Dövlət Müfəttişliyi Xidməti , effektiv istintaqın təmin edilməsi üçün bütün zəruri istintaq və prosessual hərəkətləri həyata keçirəcək “, – deyə qurumdan bildirilib.

Rustavi N17 cəzaçəkmə müəssisəsində dünən baş verən yanğın nəticəsində 2 nəfər həlak olub. Dünən saat təxminən 14:20 radələrində N17 müəssisənin mətbəxində yanğın baş verib. Xüsusi Penitensiar Xidmətdən verilən məlumata görə, mətbəx məhkumların yaşadığı yerdən uzaqda yerləşir. Onların verdiyi məlumata görə, 17 saylı müəssisə Rustavi şəhərində yerləşən digər cəzaçəkmə müəssisələrindən (N5, N6, N12, N16) uzaqda yerləşir.