Dövlət İnspektoru vəzifəsinin yaradılması haqqında qanunvericilik paketini parlament birinci oxunuşla səs verməyə çıxardacaq
Gürcüstan parlamenti bugünki plenar iclasda dövlət inspektoru institutu ilə bağlı hazırlanan qanunvericilik paketini birinci oxunuşla səs verməyə çıxardacaq.
Qanunvericilik paketini dünən Ədliyyə Naziri Aleksandre Baramidze təqdim etdi, ancaq kvorumun olmadığına görə, səs vermə prosesi təxirə salındı.
Dəyişikliklərə əsasən, hüquqmühafizəçilər tərəfindən vətəndaşlara qarşı edilən yanlış rəftar hallarının istintaqı üçün müstəqil istintaq mexanizmi yaradılacaq.
Layihəyə əsasən, dövlət inspektoru, hüquqmühafizəçilər tərəfindən vətəndaşlara qarşı edilən işgəncə və yanlış rəftar hallarınının istintaqını həyata keçirəcək.
Dövlət inspektorunu baş nazir tərəfindən yaradılan müsabiqə komisiyası seçəcək. Bir dəfə dövlət inspektoru seçilən şəxs, ardıcıl olaraq, eyni vəzifəyə iki dəfə seçilə bilməyəcək.