Dövlət Departamentinin qlobal antikorrupsiya məsələləri üzrə koordinatoru Gürcüstana səfər edəcək
Dövlət Departamentinin qlobal antikorrupsiya məsələləri üzrə koordinatoru Gürcüstana səfər edəcək

 
ABŞ Dövlət Departamentinin qlobal antikorrupsiya məsələləri üzrə koordinatoru Riçard Nefyu Gürcüstana səfər edəcək. Bu barədə Dövlət Departamenti məlumat yayır.

Məlumatda, Nefyunun Ermənistana da səfərinin planlaşdırıldığı deyilir.

“ABŞ Dövlət Departamentinin qlobal antikorrupsiya məsələləri üzrə koordinatoru Riçard Nefyu yanvarın 15-18-də Ermənistan və Gürcüstana səfər edəcək. Hər iki ölkədə korrupsiyaya qarşı mübarizədə mövcud səyləri və çağırışları müzakirə edəcək, həmçinin gələcək əməkdaşlıq sahələrini müəyyən edəcək.

Ermənistanda koordinator Nefyu hakimiyyət rəsmiləri, o cümlədən ədliyyə sektoru və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşəcək və vətəndaş cəmiyyətinin dəyirmi masasında iştirak edəcək.

Gürcüstanda o, hakimiyyət rəsmiləri, antikorrupsiya institutlarının, istintaq orqanlarının və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək”- ABŞ Dövlət Departamentinin məlumatında deyilir.