Dövlət Departamenti Entoni Blinkenin Ukraynaya və daha 18 ölkəyə hərbi yardım ayrılması ilə bağlı bəyanatını dərc edir
ABŞ Dövlət Departamenti Entoni Blinkenin Ukraynaya və daha 18 ölkəyə hərbi yardım ayrılması ilə bağlı bəyanatını dərc edir.
Blinkenin qeyd etdiyi üzrə, ABŞ Bayden administrasiyasının Ukraynanın və onun 18 qonşusunun, o cümlədən NATO müttəfiqlərinin və Rusiyanın təcavüzünün potensial təhlükələri ilə üzləşən ABŞ-ın regional tərəfdaşlarının təhlükəsizliyini gücləndirmək üçün 2,2 milyard dollar ayırmağı planlaşdırdığına dair Konqresi məlumatlandırır.
Bundan əlavə, ABŞ Ukraynaya əlavə 675 milyon dollarlıq silah və hərbi texnika tədarük edəcək, bu barədə Entoni Blinken prezident Zelenskiyə məlumat verib.
“Prezident Putinin Ukraynaya müdaxiləsindən 7 ay keçir, bu dəhşətli müharibənin qurbanlarının sayı artmaqda davam edir. Minlərlə vətəndaş öldürülüb və ya yaralanıb, 13 milyon ukraynalı evlərini tərk etməyə məcbur olub, tarixi şəhərlər xarabalığa çevrilib, davam edən vəhşiliklər haqqında dəhşətli xəbərlər yayılır, atom elektrik stansiyası risk altındadır, ərzaq qıtlığı, qlobal ərzaq qiymətləri sürətlə yüksəlir. Ukraynanın möhtəşəm cəbhə müdafiəçiləri öz ölkələrinin azadlığı uğrunda cəsarətlə döyüşməyə davam edirlər və prezident Bayden açıq şəkildə bildirdi ki, biz Ukrayna xalqının yanında olacağıq. Mən bu mesajı bu gün suveren, müstəqil Ukraynanın paytaxtı olaraq qalan və qalacaq Kiyevdə prezident Zelenskiyə və onun komandasına təsdiqlədim” – deyə Entoni Blinkenin bəyanatında deyilir.
Bununla yanaşı, “Associated Press” bunadək Dövlət Departamentinə istinadən Gürcüstanın da yardım alan 18 ölkə arasında olduğunu bildirib.