Dövlət Departamenti, Entoni Blinkenin İsrailin müdafiə naziri ilə görüşdə Livan sərhədi yaxınlığında münaqişənin genişlənməsinin qarşısının alınmasının vacibliyindən danışması ilə bağlı məlumat verir
Dövlət Departamenti, Entoni Blinkenin İsrailin müdafiə naziri ilə görüşdə Livan sərhədi yaxınlığında münaqişənin genişlənməsinin qarşısının alınmasının vacibliyindən danışması ilə bağlı məlumat verir

 

ABŞ dövlət katibi Entoni Blinken İsrailin müdafiə naziri Yoav Qalantla görüşündə Livan sərhədi yaxınlığında münaqişənin genişlənməsinin qarşısının alınmasının vacibliyindən danışıb.

Dövlət Departamentinin bəyanatında qeyd edildiyi kimi, Blinken, israilli və livanlı ailələrin evlərinə qayıtmasına imkan verəcək diplomatik həllin əldə edilməsinin vacibliyini vurğulayıb.

Bununla yanaşı, ABŞ-ın Birləşmiş Qərargahının rəhbəri, general Çarlz Braun keçən həftənin sonunda demişdi ki, İsrailin Livanda istənilən hərbi əməliyyatı “Hizbullah”ı qorumaq üçün İranın cavab tədbirləri təhlükəsini yaradır. Öz növbəsində, İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü yerli mediaya verdiyi müsahibədə şimal sərhədindəki vəziyyətin diplomatik yolla tənzimlənəcəyinə ümid etdiyini bildirib. Onun qeyd etdiyi kimi, İsrail lazım gələrsə, təhlükəyə hərbi yolla cavab verməyə hazırdır. Benyamin Netanyahu, istənilən diplomatik həllin “Hizbullah”ın sərhəddən fiziki olaraq uzaqlaşdırılmasını əhatə etməli olduğunu deyib.