Dövlət Audit Xidməti Davit Kezeraşvili tərəfindən Nika Meliaya avtomobil hədiyyə edilməsi ilə bağlı məlumata dair tədqiqata başlayıb
Dövlət Audit Xidməti Davit Kezeraşvili tərəfindən Nika Meliaya avtomobil hədiyyə edilməsi ilə bağlı məlumata dair tədqiqata başlayıb

 

Dövlət Audit Xidmətinin Siyasi Maliyyə Monitorinqi Şöbəsi Gürcüstanın sabiq müdafiə naziri Davit Kezeraşvili tərəfindən “Milli Hərəkat”ın sədri Nika Meliaya avtomobil hədiyyə edilməsi ilə bağlı məlumata dair tədqiqata başlayıb.

Bu barədə Gürcüstanın Birinci Kanalına Dövlət Audit Xidmətinin Media və İctimaiyyətlə Əlaqələr Xidməti məlumat verib.

“Dövlət Audit Xidmətinin Siyasi Maliyyə Monitorinqi Şöbəsi məsələni araşdırmağa başlayıb. Qanun pozuntusu faktı aşkar edilməsi halında müvafiq hüquqi cavab veriləcək”- deyə Dövlət Audit Xidmətindən bildirilib.