Dost ölkələrin Xarici İşlər Nazirlikləri Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edirlər
Dost ölkələrin Xarici İşlər Nazirlikləri Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edirlər

 

Dost ölkələrin Xarici İşlər Nazirlikləri “Twitter” sosial şəbəkəsində Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edirlər.

“Dostumuz, qonşumuz və yaxın tərəfdaşımız olan Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edir, regionda sülh və firavanlıq arzulayırıq! Gürcü-türk dostluğuna eşq olsun” !-deyə Türkiyə XİN yazır.

“Milli bayram münasibətilə Gürcüstan hökumətini və xalqını ən xoş arzularla təbrik edirik. Strateji əlaqələrimizin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik”- deyə Azərbaycan Xarici İşlər Nazirliyinin müraciətində deyilir.

“Gürcüstanın milli bayramını ürəkdən təbrik edirik. Ölkələrimizin çoxillik dostluğu daha da möhkəmləndirəcəyinə ümid edirik” – deyə Bolqarıstan Xarici İşlər Nazirliyi yazır.

“Gürcüstan, müstəqilliyin 104-cü ildönümü münasibətilə təbrik edirik! Sloveniya sizinlə birlikdə bayram edir və parlaq gələcək, sülh və firavanlıq arzulayırıq”-deyə Sloveniya Xarici İşlər Nazirliyinin təbrik məktubunda deyilir.

Estoniya Xarici İşlər Nazirliyi də “Twitter”-də Gürcüstanı təbrik edir: “Əziz dostlar, sizi Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edirik!”.

Qeyd etmək lzımdır ki, Rumıniya, Polşa, Litva, Latviya, Albaniya, İran, Cənubi Afrika Respublikası, Bəhreyn, Pakistan, Qvatemala, Şri-Lanka və Serbiyanın Xarici İşlər nazirlikləri də təbrik müraciətləri yayırlar.

Bundan başqa, Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvilini həmkarları sosial şəbəkə vasitəsilə Müstəqillik Günü münasibətilə təbrik edirlər.