Dörd teatrın bədii rəhbərliyinə namizədlər nazirə təqdim edilib, birinin namizədliyi Rekomendasiya Şurasına göndəriləcək, bir teatrda müsabiqə ləğv edilmiş elan edilir
Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin idarəçilik sahəsində fəaliyyət göstərən 4 teatrı üzrə bədii rəhbərliyə namizədləri təyin olunmaları üçün nazirə təqdim edilib. Bu barədə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi məlumat yayır.
Qurumun məlumatına görə, namizədlərə aşağıdakılar daxildir: Nodar Dumbadze adına Gənc Tamaşaçılar Teatrının bədii rəhbəri olaraq Dimitri Xvtisiaşvili, Tbilisinin Petros Adamyan adına Erməni Dram Teatrında Armenak Bayandurian , Mesxetinin (Axaltsixe) Peşəkar Dövlət Teatrında Nazo Suluaşvi , Telavinin Vaja-Pşavela adına Peşəkar Dövlət Dram Teatrında isə Paata Quliaşvili.
“Həmçinin Mədəniyyət Nazirliyi tərəfindən Vaso Abaşidze adına Musiqili Dram Teatrının bədii rəhbəri vəzifəsinə Davit Doiaşvilinin namizədliyinin Rekomendasiya Şurası qarşısında müzakirə edilməsi ilə bağlı qərar qəbul edilib. Bundan başqa, Mədəniyyət Nazirliyi Qiorqi Eristavi adına Qori Dövlət Dram Teatrının bədii rəhbərinin seçilməsi müsabiqəsinin ləğvi və bəhsi keçən teatrda bədii rəhbər vəzifəsi üçün müsabiqənin bu gün yenidən elan edilməsi barədə qərar qəbul edib.
Məlum olduğu kimi, Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin idarəetmə sahəsində fəaliyyət göstərən teatrlardan 21 teatrın bədii rəhbərinin 4 illik səlahiyyət müddəti 2022-ci il yanvarın 1-də başa çatıb. Bundan irəli gələrək, 2021-ci ilin dekabr ayından Mədəniyyət Nazirliyi artıq 15 teatrda bədii rəhbərlərin seçilməsi üçün müsabiqə elan edib” – deyə məlumatda bildirilir.
Nazirlikdən həmçinin bildirirlər ki, yanvarın 12-də müsabiqə nəticəsində Vasil Çiqoqidze Aleksandre Tsutsunava adına Ozurqeti Dövlət Dram Teatrının bədii rəhbəri, Nikoloz Sabaşvili isə Qiorqi Mikeladze adına Tbilisi Dövlət Kukla Teatrının rəhbəri təyin edilib. Adıçəkilən şəxslər Gürcüstanın “Peşəkar teatrlar haqqında” qanununa müvafiq olaraq 4 il müddətində teatrın rəhbəri vəzifəsini icra edəcəklər.
“Bununla yanaşı, mədəniyyət naziri Gürcüstanın “Peşəkar Teatrlar haqqında” qanununun 10-cu maddəsinin 8-ci bəndinin “q” yarımbəndinə uyğun olaraq, öz mülahizəsindən istifadə edərək, nazirliyin idarəçiliyində olan dörd teatrın bədii rəhbərlərini müsabiqəsiz təyin edib.
Rezo Qabriadze Teatrının bədii rəhbəri olaraq rejissor və aktyor Levan Qabriadze , Kölgələr “Abxaziya” Peşəkar Dövlət Teatrının bədii rəhbəri olaraq rejissor, aktyor və dramaturq Qela Kandelaki, Şota Rustaveli adına Milli Teatrın bədii rəhbəri olaraq Robert Sturua, Qriboedov adına Teatrın bədii rəhbəri olaraq isə Avtandil Varsimaşvili təyin edilib” – deyə Mədəniyyət, İdman və Gənclər Nazirliyinin məlumatında bildirilir.