"Doppelmayr" şirkətinin Qara Dəniz sahilindəki kanat yolunu inşaat edib-etməyəcəyi məsələsi Qudauridə baş verən qəzanın istintaqından sonra məlum olacaq
Batumidə “Yaşıl ada”-yı (Mtsvane Kontsxi) və Qara Dəniz sahilini birləşdirən kanat yolunun İsveçrənin “Doppelmayr” şirkəti tərəfindən inşaat-edilib edilməyəcəyi məsələsi Qudauridə baş verən qəzanın istintaqından sonra məlum olacaq.
Qudauridə qəzanın baş verdiyi kanat yolu məhz İsverçrənin “Doppelmayr” şirkəti tərəfindən inşaat edilmişdi.
İqtisadiyyat Naziri Dimitri Kumsişvili bəyan edir ki, istintaq başa çatmadan, “Doppelmayr” şirkəti ilə müqavilənin dayandırılması haqqında danışmaq üçün tezdir.
“Hələ istintaq başa çatmamış şirkətlə müqaviləyi niyə ləğv edəcəyimizi anlamıram” – dedi Dimitri Kumsişvili.
“Mtsvane Kontsxi” kanat yolu gündə 5000 nəfərə xidmət edəcək. Layihənin dəyəri 110 milyon ABŞ dolları olacaq. İnşaatın başa çatması 2021-ci il üçün planlaşdırılıb.
Avstriya-İsveçrənin Doppelmayr şirkəti 1981-ci ildə təsis edildi və kanat yollarını inşaat edən dünyanın ən iri şirkətidir.
Dünən Doppelmayr-ın nümayəndəsi Ekard Asman Birinci Kanal ilə söhbət zamanı bəyan etdi ki, Qudauridə baş verən insindentlə bağlı tam dəqiq məlumat ala bilməyib. Onun dediyinə görə, şirkət tərəfindən inşaat edilən kanat yollarında son 20 il ərzində belə insindent olmayıb.
Xatırladaq ki, dünən Qudauridəki kanat yolunda baş verən qəza nəticəsində 11 nəfər zərər gördü.