Son iki gün ərzində Donbassda snayper gülləsindən Ukraynanın silahlı qüvvələrinin iki hərbi xidmətçisi həlak oldu.
Ukrayna silahlı qüvvələrinin baş qərargahının 101-ci briqadasının məlumatına görə, oktyabrın 15-də, münaqişə zonasında prorus separatistləri tərəfindən bir ukraynalı qadın əsgər, 36 yaşlı Yaroslava Nikonenko həlak oldu.
Qeyd edilməlidir ki, Yaroslava Nikonenko Donbasda öldürülən Ukraynalı hərbçinin qızı idi.
Şərqi Ukraynada münaqişənin başladığı gündən, silahlı çatışmalar nəticəsində, 14 mindən artıq insan həlak oldu.