Donald Tusk - Avropanın şərqində və qərbində ifrat sağçılar artıq hakimiyyətdədirlər və ya ona can atırlar, Polşada bu ölümcül axını son anda dəyişdik
Donald Tusk - Avropanın şərqində və qərbində ifrat sağçılar artıq hakimiyyətdədirlər və ya ona can atırlar, Polşada bu ölümcül axını son anda dəyişdik

Polşanın Baş naziri Donald Tusk Fransanın parlament seçkilərinin birinci turunda ifrat sağçıların qələbə qazanmasından sonra təkliflə çıxış edir.

“Onlar Putini, pulu və gücü nəzarətsiz sevirlər. Avropanın şərqində və qərbində ifrat sağçılar artıq hakimiyyətdədirlər və ya ona can atırlar. Onlar Avropa Parlamentinin sıralarına qoşulurlar. Polşada bu ölümcül axını son anda dəyişdik. Gəlin bunu itirməyək”- Donald Tusk yazır.

“Exit-poll”un nəticələrinə əsasən, Fransanın növbədənkənar parlament seçkilərinin birinci turunda Marin Le Penin partiyası liderlik edir.

Fransada növbədənkənar parlament seçkilərinin ikinci turu iyulun 7-də keçiriləcək.