Donald Tusk - Açıq şəkildə demək istəyirəm ki, Sovet İttifaqının kollapsı Gürcüstan üçün, Polşa üçün, Mərkəzi və Şərqi Avropa üçün və əminəm ki, Rusiya üçün də müsbət bir hadisə idi
Donald Tusk - Açıq şəkildə demək istəyirəm ki, Sovet İttifaqının kollapsı Gürcüstan üçün, Polşa üçün, Mərkəzi və Şərqi Avropa üçün və əminəm ki, Rusiya üçün də müsbət bir hadisə idi

Açıq şəkildə demək istəyirəm ki, Sovet İttifaqının kollapsı Gürcüstan üçün, Polşa üçün, Mərkəzi və Şərqi Avropa üçün və əminəm ki, Rusiya üçün də müsbət bir hadisə idi, – bu barədə bəyanatı Avropa Şurasının prezidenti Donald Tusk Batumidə, “Layiqli partnyorluğun 10 ili – keçilən yol onun perspektivləri” adlı yüksək səviyyəli beynəlxalq konfransda verdi, hansı ki, “Şərq Partnyorluğunun” 10 illiyinə həsr olunur.

Donald Tuskun dediyinə görə, bu il həmçinin, Avropa İttifaqının genişləndirilməsinin 15 illik yubileyi də qeyd olunur.

“Bu konfransda iştirak etmək, qeyri adi şəhər olan Batumidə, Şərq partnyorluğunun 10 illiyini qeyd etmək  mənim üçün böyük şərəfdir. Xatırlayırsınız mı, Rusiya prezidenti 2005-ci ilə demişdi ki, biz gərək etiraf edək ki, Sovet İttifaqının kollapsı bu epoxanın ən böyük səhvi idi, mən isə, ona cavab olaraq, yüksək səslə bəyan etmək istəyirəm ki, Sovet İttifaqının kollapsı Gürcüstan üçün, Polşa üçün, Mərkəzi və Şərqi Avropa üçün və əminəm ki, Rusiya üçün də müsbət bir hadisə idi. Son 10 il ərzində nələrdən keçdiyimizi və nələr edəcəyimizi nəzərə alsaq, bu çox simvolik bir zamandır” – dedi Donald Tusk.