Donald Trump: Saxta xəbərlər yayan media ABŞ-ın dəniz blokadasının nə qədər effektiv olduğunu işıqlandırmaqdan imtina edir
Donald Trump sosial şəbəkədə yazıb ki, “saxta xəbərlər yayan media ABŞ-ın dəniz blokadasının nə qədər effektiv olduğunu işıqlandırmaqdan imtina edir – bu, dəniz müharibələri tarixində ən uğurlu blokadadır”.
Donald Trampın sözlərinə görə, ABŞ-ın icazəsi olmadan heç nə təyinat nöqtəsinə çata bilmir.
“Bu, poladdan bir divardır! Iran ümumiyyətlə biznes apara bilmir, öz hərbçilərinə maaş ödəyə bilmir, digər maliyyə öhdəliklərini də yerinə yetirə bilmir və sürətlə uğursuz dövlətə çevrilir! Ölkədən böyük həcmdə neft çıxır. Allaha şükür!” – deyə Tramp yazıb.