Donald Trump — Nikol Pashinyan-ın köməyi ilə biz ABŞ-ı, Ermənistanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı görünməmiş yüksəkliklərə qaldıracağıq
Nikol Pashinyan, böyük dost və lider olaraq ölkəsini gücləndirir, zənginləşdirir və çox təhlükəsiz edir! Nikol Ermənistan və bütün Cənubi Qafqaz regionu üçün sülh və rifahla bağlı mənim baxışımı tam bölüşür”, — deyə Donald Trump sosial şəbəkədə yazıb.
“Dövlət katibimiz Marco Rubio bu yaxınlarda Ermənistana səfər edib və burada ölkələrimiz arasında bir neçə mühüm sazişin irəliləməsinə kömək edib. Tezliklə ABŞ və Ermənistan birlikdə Cənubi Qafqazı dəyişdirəcək və möhtəşəm Amerika enerji şirkətlərimizə Mərkəzi Asiyadan birbaşa ABŞ-a çıxış imkanı verəcək ‘Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu’nun təməlini qoyacaqlar.
Bu səbəbdən Nikol 2026-cı il 7 iyun seçkilərində mənim tam və qəti dəstəyimə malikdir. Nikolun köməyi ilə biz ABŞ-ı, Ermənistanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı görünməmiş yüksəkliklərə qaldıracağıq.
‘Ermənistanı yenidən möhtəşəm edək’”, — deyə Donald Tramp yazıb.