Donald Trump: İran rəsmiləri mənə şəxsən zəng edərək hücumların dayandırılmasını xahiş etdilər, zərbələr tezliklə dayandırılacaq
Donald Trump bildirib ki, İran rəsmiləri onunla şəxsən əlaqə saxlayaraq hücumların dayandırılmasını xahiş ediblər.
Bu barədə Fox News məlumat yayıb.
ABŞ prezidenti qeyd edib ki, hərbi zərbələr yaxın vaxtlarda dayandırılacaq. Bununla yanaşı, onun sözlərinə görə, İranla razılıq əldə olunmasa, hücumlar yenidən davam etdirilə bilər.
Trump bildirib ki, ötən gecə İran istiqamətində 49 ədəd “Tomahawk” tipli raket buraxılıb.
ABŞ prezidenti İranla bağlı hazırkı vəziyyəti “tarixdə ən çox pozulan atəşkəs” kimi xarakterizə edib.
Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı İran ərazisinə endirilən zərbələrin son dalğasının başa çatdığını açıqlayıb. Məlumata görə, son hücumların hədəfi İranın hərbi müşahidə imkanları, rabitə sistemləri və hava hücumundan müdafiə obyektləri olub. Bu əməliyyatlar ölkənin müxtəlif bölgələrini əhatə edib.