Donald Trump: Dünən İrana güclü zərbə vurduq və bu gün də güclü zərbə vuracağıq
Donald Trump bildirib ki, “dünən Iran-a güclü zərbə vurulub və bu gün də güclü zərbə vurulacaq”.
O qeyd edib ki, bu sözləri tamaşaçıların diqqətindən qaçmaması üçün deyir: “Bunu əgər siz qaçırmısınızsa və ya televizoru açmamısınızsa, bilməniz üçün deyirəm”.
Trumpın sözlərinə görə, helikopter insidentindən sonra ABŞ-ın cavab vermək haqqı var: “Onlara çox güclü zərbə vuracağıq. Helikopter hadisəsindən sonra bunun tam haqqımız olduğunu düşünürəm. Onlar həqiqətən də çox dəyərli bir hava vasitəsini vurublar. Əvvəl bunu inkar etdilər, sonra isə etiraf etdilər”.
ABŞ prezidenti həmçinin bildirib ki, Vaşinqton İranla artıq bir neçə aydır danışıqlar aparır: “Onlar razılaşmanı imzalamalıdırlar. Bu yaxşı bir razılaşmadır. Bu, onlara nüvə silahı əldə etməyə icazə vermir, əslində isə onları tamamilə qadağan edir”.
Onun sözlərinə görə, əgər o olmasaydı, nüvə müharibəsi başlaya bilərdi: “Əgər İranın nüvə silahı olsaydı, nə İsrail, nə də Yaxın Şərq mövcud olardı. Onlar bizə mütləq atəş açardılar”.
Trump əlavə edib ki, İranla razılaşma demək olar əldə olunmuşdu, lakin Tehran prosesi uzadır.