Donald Trump bəyan edib ki, o, Xi Jinping və Narendra Modi-yə xüsusi hörmət bəsləyir

16:03, 19.06.2026

Donald Trump “Axios”a verdiyi müsahibədə dünya liderləri ilə bağlı fikirlərini bölüşüb və ən çox dəyər verdiyi liderlərdən danışıb.

O bildirib ki, Xi Jinping və Narendra Modi-yə xüsusi hörmət edir.

Eyni zamanda Donald Trump Rusiya Prezidenti Vladimir Putin-in “Böyük Səkkizlik” (G8) formatında olmamasından narazılığını ifadə edib və Rusiyanın çıxarılmasından sonra formatın “Böyük Yeddilik” (G7) kimi davam etməsini tənqid edib.

O, həmçinin İsraillə münasibətlərdən danışaraq ölkənin təhlükəsizliyində öz rolunun həlledici olduğunu bildirib. Donald Trump İsrailin Baş naziri ilə yaxşı münasibətlərinin olduğunu, lakin bunun bəzən “müvafiq çərçivədə” saxlanılmasının vacibliyini vurğulayıb.

Oxşar