Donald Trampın təyyarəsinin Montana ştatında qəza enişi Trampın seçicilərlə görüşə bir neçə saat gecikməsinə səbəb olub
Donald Trampın təyyarəsinin Montana ştatında qəza enişi Trampın seçicilərlə görüşə bir neçə saat gecikməsinə səbəb olub

ABŞ prezidentliyinə namizəd Donald Trampın təyyarəsi Montana ştatında qəzaya uğrayıb. Bu barədə “ABC News” məlumat yayıb.

Məlumata görə, təyyarənin qəza enişinə səbəb texniki nasazlıq olub.

Donald Tramp Bozemanda seçkiqabağı mitinqə gedirdi. Təyyarənin təcili enişi səbəbindən Montana ştatının Billinqs şəhərinə eniş etməli olub, bundan sonra Tramp başqa şəxsi təyyarə ilə Bozemana uçub. Billinqs şəhəri Bozemandan 150 mil məsafədədir.

Hadisəyə görə Tramp seçicilərlə görüşə bir neçə saat gecikib.