Donald Trampın prezident kortejinə orta barmağını göstərən qadın işdən azad edildi
Donald Trampın prezident kortejinə orta barmağını göstərən qadın işdən azad edildi

İnternetdə yayılan fotodaki qadın, Donald Trampın prezident kortejinə orta barmağını göstərdiyi üçün işindən azad edilib.

Şəkil oktyabrın 28-də Virciniya ştatında, Donald Trampın Qolf kompleksinin yanında çəkilib.

Şəkildəki qadın Culi Briksmandır. O bəyan edir ki, çalışdığı şirkət, onu Feisbuk statusuna görə işdən azad etdi. Qeyd olunan şəkili Culi Briks öz Feisbuk səhifəsində paylaşmışdı.

Bundan sonra, onu iş yerinin rəhbərliyi çağırdı və etdiyi hərəkətin layiqsiz olduğunu söyləyərək, onu işdən azad etdi.

Briks bəyan edir ki, şəkil iş günü çəkilməyib və bunu statusunda bunu bildirmişdi, müvafiq olaraq, da həmin şəkil şirkətin reputasiyasına xələl gətirə bilməzdi.