Donald Trampın Gürcüstana ABŞ səfiri vəzifəsinə Keli Deqnanın namizədliyini təqdim edəcəyi ehtimal olunur
Donald Trampın Gürcüstana ABŞ səfiri vəzifəsinə Keli Deqnanın namizədliyini təqdim edəcəyi ehtimal olunur

ABŞ prezidenti Donald Trampın Gürcüstana ABŞ səfiri vəzifəsinə Keli Deqnanın namizədliyini təqdim edəcəyi ehtimal olunur.

publicpool.kinja.com veb-səhifəsinin məlumatına görə, bu barədə məlumat administrativ vəzifələrə təyin edilən şəxslər barədə relizdə deyilir.

Keli Deqnan hazırda Avropa və Afrikada ABŞ-ın dəniz-hərbi qüvvələrinin rəhbərinin siyasi müşaviri vəzifəsində işləyir. Ona qədər isə, Kosovoda və İtaliyada ABŞ-ın diplomatik missiyasına rəhbərlik edirdi.

1993-cü ildən sonra Keli Deqnan diplomatik missiya ilə, Əfqanistanda, Türkiyədə, Botsvaniya və Pakistanda işləyib.

Gürcüstanda ABŞ səfiri keçən ilin yaz aylarından yoxdur. Yan Kellinin diplomatik missiyası başa çatdıqdan sonra, səfir vəzifəsini burada ABŞ səfirliyinin diplomatı Elizabet Rud icra edirdi.