Donald Trampın Floridadakı seçki qərargahında tərəfdarları qarşısında çıxış edəcəyi gözlənilir

11:19, 06.11.2024

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Florida ştatının West Palm Beach şəhərində açılan seçki qərargahında gözləyir.

Trampın tərəfdarları qarşısında çıxış edəcəyi gözlənilir.

Respublikaçı namizədin digər tərəfdarları ilə yanaşı, milyarder İlon Mask, həmçinin Robert Kennedi kiçik və Tulsi Qabbard da iştirak edir.

Bu arada Kəmalə Harrisin qərargahı bildirir ki, Demokrat namizəd bu axşam tərəfdarları qarşısında çıxış etməyəcək və yelləncək ştatlarının nəticələri elan edildikdən sonra Harrisin bəzi tərəfdarları seçki qərargahını tərk ediblər.

“Cienen”in ilkin məlumatlarına görə, Donald Tramp iki tərəddüdlü ştatda qalib gəlib, üçdə isə liderdir. İndi Seçicilər Kollegiyasında Trampın 246, Harrisin isə 187 səsi var.

Oxşar