Donald Trampın bəyanatına əsasən, “Wall Street Journal”ın müxbirinin azad edilməsi üçün Putinlə təmaslarından istifadə edəcək, Kremldə bu mərhələdə Putinin Trampla ünsiyyət qurmadığını deyirlər
Donald Trampın bəyanatına əsasən, “Wall Street Journal”ın müxbirinin azad edilməsi üçün Putinlə təmaslarından istifadə edəcək, Kremldə bu mərhələdə Putinin Trampla ünsiyyət qurmadığını deyirlər

 
ABŞ-ın sabiq prezidenti Donald Trampın bəyanatına əsasən, “Wall Street Journal”ın müxbiri Evan Qerşkoviçin həbsdən azad edilməsi üçün Vladimir Putinlə təmaslarından istifadə edəcək.

“Vladimir Putin bunu başqa heç kim üçün yox, mənim üçün edəcək və bunun üçün heç nə ödəməyəcəyik” – Donald Tramp yazır.

Donald Tramp, bunun ABŞ-da noyabr seçkilərindən sonra prezident Co Baydeni məğlub edərək Ağ Evə qayıtmağa müvəffəq olduğu zaman baş verəcəyini bildirib.

“Rusiyada həbsdə olan “Wall Street Journal”ın müxbiri Evan Qerşkoviç seçkidən sonra, əgər mən fəaliyyətə başlasam tezliklə azad olunacaq. O, təhlükəsiz şəkildə evə qayıdacaq və ailəsi ilə birlikdə olacaq” – Tramp yazır.

Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov Trampın bəyanatını şərh edərkən qeyd edib ki, bu mərhələdə Putin Donald Trampla heç bir ünsiyyət qurmayıb.

“Wall Street Journal”ın müxbiri Evan Qerşkoviç ötən ilin martında Rusiyada casusluq ittihamı ilə saxlanılıb.