Donald Trampın bəyan etdiyinə görə, 20 yanvarda hakimiyyətin təhvil verilməsi təşkil olunmuş şəkildə baş verəcək
Donald Trampın bəyan etdiyinə görə, 20 yanvarda hakimiyyətin təhvil verilməsi təşkil olunmuş şəkildə baş verəcək. ABŞ prezidentinin bəyanatını onun sosial media üzrə köməkçisi, Dab Skavinə “tvitter” sosial şəbəkəsində yayır.
“Baxmayaraq ki, mən seçkilərin nəticələri ilə tamamilə razılaşmıram və faktlar mənim bəyanatımı təsdiq edir, 20 yanvarda hakimiyyətin təhvil verilməsi təşkil olunmuş şəkildə baş verəcək. Mən həmişə deyirdim ki, biz mübarizəni davam etdirəcəyik ki, yalnız qanuni səslərin hesablanması baş versin. Baxmayara ki, bu prezident tarixində ən böyük birinci müddətin başa çatmasıdır, bu yalnız bizim mübarizəmizin başlanğıcıdır”, – Donald Trampın köməkçisi yazır.
Bu gün Donald Trampın tərəfdarları, Vaşinqtonda polis kordonunu yardılar və Konqressin binasına soxuldular. Burada birləşmiş iclas keçirilirdi. Sessiyada seçicilər kollegiyasının səsvermə nəticələri təsdiq olunmalı idi. Qarmaqarşıqlığa görə, səsvermə dayandırldı. Vaşinqtonda karantin saatı elan edildi.
Mediada yayılan məlumata əsasən, hüquqmühafizəçilər Konqressə soxulma və zoraklıq faktı üzrə 52-dən artıq insanı yaxalayıblar. Vaşinqton polisinin məlumatına görə, Konqressə soxulma və qarmaqarşıqlıq nəticəsində dörd nəfər həlak oldu. O cümlədən bir qadın binada baş verən atəşin qurbanı oldu. Konqressə soxulma nəticəsində, polisin ən azından 14 zabiti xəsarət aldı.