Donald Trampı öldürməyə cəhd etdiyi üçün həbs edilən Rayan Rout ABŞ prokurorluğu tərəfindən ittiham edilib

10:08, 25.09.2024

BBC xəbər verir ki, ABŞ prokurorluğu Donald Trampı öldürməyə cəhd etdiyinə görə həbs edilən Rayan Ruta qarşı ittiham irəli sürüb.

Rut prezidentliyə namizədə sui-qəsd cəhdində təqsirli bilinərsə, onu ömürlük həbs cəzası gözləyir.

“Keçmiş prezidenti öldürmək cəhdi iyrənc hərəkətdir”. – Baş prokuror Merrik Qarland dedi.

Rut cinayət törətməkdə silah saxlamaqda, məhkum edilmiş cinayətkarda silah saxlamaqda, seriya nömrəsi silinmiş silaha sahib olmaqda və federal məmura hücumda ittiham olunur.

Məhkəmə sənədlərinə görə, Tramp Beynəlxalq Qolf Klubunda baş verən insidentlə bağlı həbs edilən şəxs keçmiş prezidentin öldürülməsi ilə bağlı yazdığı məktubu geridə qoyub.

Oxşar