Donald Trampa qarşı maliyyə sənədlərinin saxtalaşdırılması işi üzrə hökm bu gün açıqlanacaq
Donald Trampa qarşı maliyyə sənədlərinin saxtalaşdırılması işi üzrə hökm bu gün açıqlanacaq.
İş üzrə hakim Xuan Mercan artıq Trampa həbs cəzası verməyəcəyini bildirib. Buna baxmayaraq, Donald Tramp təqsirli bilinərək vəzifəyə başlayan ilk prezident olacaq.
ABŞ-ın seçilmiş prezidenti məhkəmə iclasında iştirak etməyəcək və Floridadakı evindən onlayn olaraq iştirak edəcək.
Donald Tramp may ayında münsiflər heyəti tərəfindən biznes qeydlərini saxtalaşdırmaqda təqsirli bilinib. Tramp sənədlərdə hüquqi xidmət xərcləri kimi istifadə edilən 2016-cı ilin seçkiqabağı fondundan 130 min dollar xərcləməkdə ittiham olunur. Əslində, istintaqın versiyasına görə, bu pul porno ulduz Stormi Danielsə Trampla cinsi əlaqə haqqında susmaq müqabilində ödənilib. ABŞ-ın yeni seçilmiş prezidenti Stormi Daniels ilə intim münasibətdə olduğunu, eləcə də səssizliyi müqabilində kampaniya fondundan qeyri-qanuni istifadə etdiyini inkar edir.