Donald Tramp - İş yerlərinin və maaşların artmasına baxmayaraq, ABŞ-da yenə Rusiya haqqında danışırlar
“İş yerlərinin və maaşların artmasına baxmayaraq, ABŞ-da yenə Rusiya haqqında danışırlar” – bu barədə bəyanatı sosiyal şəbəkə “Tvitterdən” ABŞ prezidenti Donald Tramp verdi.
“İş yerlərinin və maaşların artması haqqında kimsə söz etmir. Rusiya, Rusiya deyib dururlar” – yazır Tramp.
Bununla yanaşı, Donald Tramp bəyan etdi ki, ABŞ-ın prezident seçkilərində Rusiyanın ehtimal edilən qarışmasının izinin axtarılması Amerikanın ayıbıdır.
Bu bəyanatı prezident Respubliçalılar partiyasının gizli yazısının yayılmasından sonra verdi.
Fevralın 2-də ABŞ konqresi Respublikaçılar partiyasının gizli yazısını yaydı.
Sənədlərdə ABŞ-ın mərkəzi istintaq bürosu, Donald Trampın seçki kampaniyası zamanı öz səlahiyyətlərindən suistifadə etməklə ittiham olunur. Gizli yazıya əsasən, Federal Büro Donald Trampın yardımçısını təsdiqlənən dəlillər olmadan izləyirdi.