Donald Tramp yenə bəyan edir ki, 2020-ci ilin prezident seçkiləri saxtalaşdırılıb
Amerika Birləşmiş Ştatlarının qüvvədə olan prezidenti Donald Tramp yenə 2020-ci ilin prezident seçkilərinin saxtalaşdırıldığını iddia edir.
Bu barədə bəyanatı ABŞ-ın qüvvədə olan prezidenti “Tvitter” səhifəsində yayıb.
Trampın dediyinə görə, o ABŞ tarixindəki bütün prezidentlərdən daha çox səs yığıb.
“Qüvvədə olan prezident üçün bu rəqəmlər rekorddur. Seçkilər saxtalaşdırılmasa Demokratlar heç bir təqdirdə qalib ola bilməzdilər!” – yazır Donald Tramp.
Yenə bir bəyanatında isə, Tramp qeyd edir ki, Corciya Ştatında minlərlə hesablanması gərəkən bülletinlər aşkarlanıb.
Prezident Trampın dediyinə görə, yaxın günlərdə seçkilərin nəticələri ilə bağlı onun vəkilləri çox vacib mətbuat konfransı keçirəcəklər.
Xatırladaq ki, rəsmi ilkin göstəricilərə görə, ABŞ prezident seçkilərində demokrat partiyasının namizədi Co Bayden liderlik edir, ancaq Donald Tramp məğlub olduğunu qəbul etmir və seçki nəticələrini şikayət edir.
Coriciya ştatında namizədlər tərəfidnən yığılan səslər arasında kiçik fərq var və bülletinlərin əl ilə yenidən hesablanması gərəkdi.