Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp yanvarın 10-da Meksika sərhədinə gedəcək. Bu barədə məlumatı Ağ Evin mətbuat katibi Sara Sanders “tvitter” sosial şəbəkəsində yayır.
Sara Sandersin məlumatına görə, preizdent Tramp cənub sərhədində sərhədçilərlə görüşəcək.
Donald Tramp cənub sərhədində divarın tikintisi üçün büdcədən 5,7 milyard dolların ayrılmasını tələb edir.