Donald Tramp "Yalançı xəbər vasitələri" premiyasının qaliblərini adlandırdı
ABŞ prezidenti Donald Tramp “Yalançı xəbər vasitələri” premiyasının qaliblərini adlandırdı.
Bu barədə məlumatı Tramp öz “Tvitter” hesabında yayır.
“Korrupsiyalı və ədalətsiz mühitə baxmayaraq, professiyonal və dürüst reportyorlar da var, hansılarına böyük hörmətim var. Amerika vətəndaşlarının qürür hiss etdiyi yaxşı xəbərlər də yayılır” – dedi Donald Tramp.
“Yalançı xəbər mükafatının” birinci yerdəki qalibi kimi, Donald Tramp New York Times-in jurnalisti Pol Kruqmanı adlandırdı, hansı ki, Trampın prezident seçkilərində qalib gəlməsindən sonra yazırdı ki, ABŞ iqtisadiyyatı heç vaxt dirçəlməyəcək.
İkinci yerdə ABC-nin jurnalisti Brain Rossdur, hansının reportajı bazar gəlirinin düşməsinə səbəb oldu.
Üçüncü yerdə isə, CNN teleşirkətidir.
Trampın “yalançı medya vasitələri” siyahısına Time, Washington Post və Newsweek-də daxil oldular.
ABŞ prezidenti bu nəşriyyatlara açıq qarşıdurma elan edir və onları müxalifət partiyaları adlandırır.