Donald Tramp - Yaxın aylarda dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün imkan yaranacaq
Yaxın aylarda dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün imkan yaranacaq, bu barədə Donald Tramp tərəfindən Ermənistanın baş nazirinə göndərilən təbrik məktubunda deyilir.
Ermənistanı müstəqillik günü münasibəti ilə təbrik etdiyi məktubda Tramp deyir ki, sülh və demokratik hərəkat Ermənistan üçün yeni mərhələ açdı.
ABŞ prezidenti Ermənistanın yeni iqtidarı ilə əməkdaşlıq üçün hazır olduğunu bildirdi və NATO-nun missiyalarında iştirak etdiyi üçün təşəkkür etdi.
“Bir neçə günə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkan yaradılacaq. ATƏT-in Mİnsk qrupunun üzv ölkəsi olaraq, ABŞ münaqişənin uzuzn müddətli, sülh şəklində həll edilməsi üçün sizinlə çalışmaq istəyir” – deyilir Donald Trampın məktubunda.