Donald Tramp – Xalq İranın nüvə silahına sahib olmasını istəmir və bilirsiniz nə var, olmayacaq da. Müharibə tezliklə bitəcək, benzinin qiymətləri isə əvvəlki səviyyəsinə qayıdacaq
ABŞ prezidenti Donald Tramp İranla müharibənin tezliklə bitəcəyini bildirib.
“Xalq İranın nüvə silahına sahib olmasını istəmir və bilirsiniz nə var – olmayacaq da. Müharibə tezliklə bitəcək və o bitdikdə, benzinin qiymətləri əvvəlki səviyyəsinə, bəlkə də daha aşağısına qayıdacaq”, – deyə Tramp Oval Ofisdə jurnalistlərlə söhbətindıə bildirib.
Tramp həmçinin iqtisadi göstəricilərdən də danışıb və yoxsulluğun tarixin ən aşağı səviyyəsində olduğunu bildirib.
“Tariximizdə indiyə qədər mövcud olmuş ən yüksək məşğulluq göstəricisinə sahibik. Tarixin ən yaxşı, ən aşağı yoxsulluq səviyyəsinə nail olmuşuq. İnsanlar bu gün həmişəkindən daha çox pul qazanırlar. Çox fəxr etdiyim daha bir şey var: İranın nüvə silahı olmayacaq. Bunun üçün insanlar müəyyən qədər əlavə pul ödəməli olacaqlar. Hesab edirəm ki, əgər əksəriyyət ucuz yanacaq qiymətləri ilə İranın nüvə silahına sahib olmasına icazə verilməsi arasında seçim etməli olsaydı, nəticənin tamamilə sarsıdıcı olacağını deməyə hazıram”, – Tramp qeyd edib.