Donald Tramp vətəndaşı və ya hüquq-mühafizə orqanının əməkdaşını öldürən miqrantlar üçün ABŞ-da ölüm cəzasının tətbiqinə çağırıb

15:26, 12.10.2024

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp ABŞ vətəndaşını və ya hüquq-mühafizə orqanının əməkdaşını öldürən miqrantlar üçün ölüm cəzasının tətbiqinə çağırır.

Keçmiş prezident bu barədə Koloradoda seçicilərlə görüşü zamanı məlumat verib.

Donald Tramp bir daha xatırladıb ki, prezident seçkilərində qalib gəlsə, ABŞ tarixində ən böyük deportasiya əməliyyatını keçirəcək və miqrantların ölkəyə qeyri-qanuni yollarla daxil ola bilməməsi üçün sərhədi bağlayacaq.

“Və əgər onlar yenidən ölkəmizə qayıtsalar, biz onlara deyəcəyik ki, bu, şərti azadlığa buraxılma ehtimalı olmadan avtomatik olaraq on illik cəza olacaq”. Mən ABŞ vətəndaşını və ya hüquq-mühafizə orqanının əməkdaşını öldürən hər bir miqrantı ölüm cəzasına məhkum etməyə çağırıram”. – Donald Tramp bildirib.

Oxşar