Donald Tramp və Rəcəb Tayyib Ərdoğan koronavirusa qarşı mübarizədə əməkdaşlıq məsələsini müzakirə ediblər
ABŞ və Türkiyə prezidentləri koronavirusa qarşı mübarizədə ikitərəfli əməkdaşlıq məsələsini müzakirə ediblər.
Türkiyə mətbuatının məlumatına görə, Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında telefon danışığı baş tutub.
Yerli mətbuatın Türkiyənin Rabitə Müdirliyinin bəyanatına istinadən yazdığına görə, iki ölkə lideri ikitərəfli münasibətləri və bölgədəki vəziyyəti, o cümlədən Suriya və Liviyadakı münaqişəni müzakirə edib.
Ankaradan bildirilir ki, Ərdoğan və Tramp bölgədə sülh və sabitliyi təmin etmək üçün siyasi və hərbi əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Hazırladı-Sevinc Mustafayeva