Donald Tramp və Kim Çen İn Sinqapurun Santosa adasında görüşəcəklər
Donald Tramp və Kim Çen İn bir-biri ilə, Sinqapurun Santosa adasındaki beş ulduzlu “Kapela” mehmanxanasında görüşəcəklər.
Bu məlumatı Ağ Evin mətbuat katibi Sara Sanders sosiyal şəbəkə Twitter-də yaydı.
Biraz ondan əvvəl isə, Donald Tramp bəyan etdi ki, Kim Çen İn ilə görüş haqqında danışıqlar müsbət davam edir.
ABŞ və Şimali Koreya liderlərinin tarixi sammiti iyunun 12-nə təyin edilib, ancaq görüşün bir çox detalı hələlik məlum deyil.
Santosa Sinqapurun 63 adasından biridir.
500 hektarlıq ərazidə yerləşən turist adası beş ulduzlu mehmanxanalar və qolf klubları ilə məşhurdur.