Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump və Şimali Koreya lideri Kim Çen İn bir-biri ilə Sinqapurda, iyunun 12-də görüşəcəklər.
Məlumatı Amerika prezidenti Twitter mikrobloq vasitəsi ilə yayır.
“Çalışacağıq ki, bu dünya sülhü üçün xüsusi əhəmiyyətli an olsun”, – Amerika prezidenti yazır.
Ona qədər ABŞ prezidenti deyirdi ki, Kim Çen İn ilə görüş yeri Şimali və Canubi Koreyanın sərhədi mükəmməl olardı.
Apreldə Kim Çen İn Cənubi Koreyanın prezidenti Mun Ce İn ilə sərhəddə yerləşən Sülh Evində görüşdü.