Donald Tramp Suriyədə ABŞ-ın hərbi kontingentini ərəb ölkələrinin hərbçiləri ilə əvəz etməyi planlaşdırır
Donald Tramp Suriyədə Amerikan hərbi kontingentini ərəb ölkələrinin hərbçiləri ilə əvəz etməyi planlaşdırır.
Wall Street Journal nəşriyyatının məlumatına görə, prezidentin Milli Təhlükəsizlik üzrə müşaviri Con Bolton bu barədə Misir kəşfiyyat xidmətinin rəhbəri ilə söhbət etdi. Söhbət layihədə Kahirənin iştirakına aid idi.
Qəzet yazır ki, Ağ Ev Səudi Ərəbistana, Katara və Birləşmiş Ərəb Emirliklərinəvə Suriyənin bərpası üçün bir neçə milyard dollar ayırmağa şağırdı.
ABŞ iqtidarı həmçinin istəyir ki, qeyd olunan ölkələr Suriyəyə öz hərbi qüvvələrini göndərsinlər.
ABŞ iqtidarının bu təşəbbüsünün məqsədi təhlükəsizlik sahəsindəki vakuumun yaradılmasının qarşısını almaqdır.