Amerika Birləşmiş Ştatları prezidenti xüsusi prokuror, Robert Müller tərəfindən sorğu olunma üçün hazırdır. Robert Müller 2016-cı il ABŞ prezident seçkilərində Rusiyanın qarışması məsələsini araşdırır.
“Mən bunu and içərək edəcəm”, – Tramp Ağ Evdə toplanmış jurnalistlərə bəyan etdi. Birləşmiş Ştatların Prezidenti bir daha qeyd etdi ki, onun komandası ilə ruslar arasında heç bir sövdələşmə olmayıb.
Yayılan məlumata görə, Müllerin qrupu prezidentin duindirilməsinin yaxın gələcəkdə planlaşdırır. Son bir neçə gündə Xüsusi Prokurorluğun nümayəndələri Trampın komandasının bir neçə üzvünü dindirdilər.